Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstanın bu şəhərdəki baş konsulu Nikoloz İaşvilini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
“İki sahil” xəbər verir ki, N.Bayramov N.İaşvilinin diplomatik fəaliyyəti dövründə Gəncə şəhəri üçün göstərdiyi xidmətlərin yüksək qiymətləndirildiyini söyləyib.
Şəhər rəhbəri konsula gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Nikoloz İaşvili, öz növbəsində, Niyazi Bayramova səmimi görüşə görə minnətdarlığını bildirib və Gəncədən xoş təəssüratlarla ayrıldığını vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Görüşdə Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop da iştirak edib.
Qeyd edək ki, N.İaşvili 2019-cu ildən Gürcüstanın Gəncədəki baş konsulu idi.
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair paylaşım edilib - VİDEO
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır - Prezident