2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 547.7 milyon manat vəsait xərclənib.
"İki sahil”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.3% və ya 533.3 milyon manat çoxdur.
Qeyd edək ki, cari ilin avqust ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 666 milyon manata bərabər olub.
Xatırladaq ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 12.7%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 0,3 faiz bəndi azdır.
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb