“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası” təsdiqlənib.
“İki sahil” xəbər verir ki, sənəd Nazirlər Kabinetinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının (QHT) qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasının, qrant məbləğinin müəyyən edilməsi meyarlarının və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin təsdiq edilməsi haqqında Qərarı ilə təsdiq edilib.
Qərara əsasən, “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı təqdim etdikləri layihələrin qrant məbləğinin müəyyən edilməsinə dair meyarlar və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi” də təsdiq edilib.
Müəyyən edilib ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 1.3-cü bəndində nəzərdə tutulan informasiya ehtiyatı fəaliyyətə başlayanadək həmin informasiya ehtiyatı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilir.
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair paylaşım edilib - VİDEO
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır - Prezident