Yaxın günlərdə Hesablama Palatası fəaliyyəti barədə hesabatlılıqda daha bir yenilik tətbiq edəcək.
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktik konfransda Palatanın sədri Vüqar Gülməmmədov bildirib.
"İlk dəfə fəaliyyətimiz barədə təqdim olunan məlumatlara keçirdiyimiz beynəlxalq tədbirlərin icrası barədə hesabatı əlavə edəcəyik. Məqsədimiz həm də Nazirlər Kabinetinin müvafiq normaları ilə bağlı icra vəziyyətini göstərməkdir", - deyə o, əlavə edib.
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb