2028-ci ilə qədər Azərbaycanda əmək miqrasiyası kvotası Qarabağda işləyən əcnəbilər nəzərə alınmadan müəyyən ediləcək.
“İki sahil” xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, Azərbaycanda əmək miqrasiyası kvotası müəyyən edilərkən işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər nəzərə alınmayacaq.
Xatırladaq ki, bu kvota ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidır.
Bu qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-nə qədər qüvvədədir.
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb