"Ermənistanın qoşunlarını Azərbaycandan tam çıxarmaqdan və Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsindən imtinası Azərbaycanla sülhün əldə olunması qarşısında əsas maneədir".
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" hesabında paylaşım edib.
"2020-ci il noyabr bəyanatı ilə bağlı Ermənistanın iki əsas pozuntusu qoşunlarını Azərbaycandan tam çıxarmaqdan və Naxçıvana nəqliyyat əlaqəsinin təmin olunmasından imtina etməsidir. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etmək və separatçıları maliyyələşdirməklə yanaşı, bunlar Azərbaycan-Ermənistan arasında sülhə əsas maneələrdir", - diplomat bildirib.
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair paylaşım edilib - VİDEO
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır - Prezident