Cari ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,2 faiz artaraq 7 milyard 162 milyon manat olub.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 398,5 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib. Cari ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 706,0 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 145,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb