Ağdam-Xankəndi yolunun açılması Qarabağ ermənilərinin Azərbaycanın siyasi-hüquqi məkanına praktiki olaraq reinteqrasiyasının başlanğıcıdır.
“İki sahil” xəbər verir ki, bunu Rusiyanın "Nasionalnaya Oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.
Onun sözlərinə görə, separatçılar və onların lobbiçilərinin Ağdam-Xankəndi yolunun açılmasına mane olmalarına baxmayaraq sonda bu nəqliyyat arteriyası açılıb.
"Xeyir şərə qalib gəlir. Separatçılar və onların lobbiçiləri Ağdam-Xankəndi yolunun açılmasına nə qədər mane olsalar da, sonda bu nəqliyyat arteriyası işə başladı . Eyni zamanda, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş sərhəd və gömrük prosedurlarına riayət olunmaqla Laçın yolu ilə avtomobillərin hərəkəti açılıb.
İndi “blokada” yoxdur, “kütləvi aclıq”, “soyqırımı” yoxdur - təbliğat qabığı uçdu getdi. Əslində bu, Qarabağ ermənilərinin Azərbaycanın siyasi-hüquqi məkanına praktiki olaraq reinteqrasiyasının başlanğıcıdır", deyə rusiyalı ekspert vurğulayıb.
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair paylaşım edilib - VİDEO
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır - Prezident