“Biz Azərbaycan hökumətinə itkin düşmüş şəxslərlə bağlı konfrans keçirdiyinə görə minnətdarıq”.
“İki sahil” xəbər verir ki, bunu Serbiyanın keçmiş prezidenti Boris Tadiç Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda videobağlantı vasitəsilə çıxışı zamanı deyib.
"Belə bir konfransın keçirilməsinə görə Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Mən də bu təşəbbüsü digər Balkan ölkələri ilə bölüşmək istərdim", - o bildirib.
“Müharibədən 20 il keçməsinə baxmayaraq, Serbiyada itkin düşmüş şəxslərin problemi hələ də aktualdır”,- B.Tadiç vurğulayıb.
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair paylaşım edilib - VİDEO
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır - Prezident