Güləş üzrə Azərbaycan millisinin üzvü Hacı Əliyev dünya çempionatının 1/4 finalında Ermənistan idmançısı Vazgen Tevanyanla üz-üzə gəlib.
“İki sahil” xəbər verir ki, qarşılaşma qalmaqalla yadda qalıb.
Görüşün sonlarına yaxın idmançılar arasında gərginlik yaranıb. Belə ki, V.Tevanyan idmançımızın üzərinə hücum edərək onu təxribata çəkib. H.Əliyev isə özünü müdafiə etməyə çalışıb.
Hakimlər və məşqçilər heyəti onları sakitləşdirə bilib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq