Xeyir şərə qalib gəlir. Separatçılar və onların lobbiçiləri Ağdam-Xankəndi yolunun açılmasına nə qədər mane olsalar da, sonda bu nəqliyyat arteriyası işə başlayıb.
“İki sahil” xəbər verir ki, bunu "Milli müdafiə" jurnalının baş redaktoru, rusiyalı ekspert İqor Korotçenko deyib.
"Eyni zamanda, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş sərhəd və gömrük prosedurlarına riayət olunmaqla, Laçın yolu ilə avtomobillərin hərəkəti açılıb. İndi "blokada", "kütləvi aclıq", "soyqırım" yoxdur - təbliğat bitdi. Əslində, bu, Qarabağ ermənilərinin Azərbaycanın siyasi-hüquqi məkanına praktiki olaraq reinteqrasiyasının başlanğıcıdır", - o bildirib.
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair paylaşım edilib - VİDEO
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır - Prezident