19 sentyabr 2023 00:08
250

BMT Baş Assambleyasında Rusiya ilə ABŞ arasında ikitərəfli təmaslar planlaşdırılmır

“BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 78-ci sessiyasında Rusiya ilə ABŞ arasında ikitərəfli təmaslar planlaşdırılmır”.

“İki sahil” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Mənim hər hansı ikitərəfli əlaqələrdən xəbərim yoxdur”, - deyə Con Kirbi qeyd edib.

Sentyabrın 18-də Ağ Ev Baydenin tezliklə BMT Təhlükəsizlik Şurasında dəyişikliklərlə bağlı məsələ qaldıracağını bildirib.

Qeyd olunub ki, Bayden BMT Baş Assambleyasında çıxışı zamanı dünya qurumunun Təhlükəsizlik Şurasının “arxitekturasını” qiymətləndirəcək.