19 sentyabr 2023 17:49
194

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanlarının nəticələri açıqlanıb

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə "İki sahil"ə Təhsil İnstitutundan xəbər verilib.

Qeyd edilib ki, test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılır.