19 sentyabr 2023 18:33
178

Bəziləri hələ də dövlət və dövlətçiliyi anlamayıblar - Tural Abbaslı

Bütün siyasi partiyalar siyasi baxışlarından asılı olmayaraq Azərbaycan Ordusunun və Azərbaycan dövlətinin yanında olmalıdırlar

Bildiyimiz kimi, Azərbaycan Ordusu öz ərazilərində antiterror tədbirləri həyata keçirir və  bu, Azərbaycan dövlətinin legitim hüququdur. Bu, antiterror tədbiri mülki şəxslərə qarşı deyil, oradakı terrorçuları qarşı yönəlib. Biz də Ağ Partiya olaraq tam, sona qədər və qeyri-şərtsiz dəstəkləyirik və bunu da birgə Bəyanatda  bəyan etmişik.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Ağ Partiyanın rəhbəri Tural Abbaslı deyib.

Partiya rəhbəri AXCP, Müsavat Partiyası və REAL Partiyasının  Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror əməliyyatlarına siyasi partiyaların dəstək bəyanatını imzalamamalarına da münasibət bildrib. 

Tural Abbaslı qeyd edib ki, zənnimcə, bu gün bütün siyasi partiyalar siyasi baxışlarından asılı olmayaraq Azərbaycan Ordusunun və Azərbaycan dövlətinin yanında olmalıdır: "Odur ki, Ağ Partiya by gün  bir çox partiyanın imza atdığı Bəyanata da imza atdı. Təəssüflə qeyd etməliyəm ki, bəziləri yenə də, hələ də dövlət və dövlətçiliyi anlamayıblar və ona görə yenə də fərqlənmək naminə  hansısa başqa addımlar atırlar. Zənnimcə, bu addımlarına görə onlar nə vaxtsa  xalq qarşısında cavab verməyə məcbur olacaqlar."

Yaqut Ağaşahqızı, “İki sahil”