20 sentyabr 2023 00:42
231

Azərbaycanın yanındayıq, ayağınıza daş dəyməsin - Muharrem İnce

“Biz Qarabağda antiterror tədbirlərinə başlayan Azərbaycanın yanındayıq”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce “X” hesabında bildirib.

“Ermənistan silahlı qüvvələrinin Qarabağda yerləşdirdiyi minanın partlaması nəticəsində şəhid olan Azərbaycan polislərimizə Allahdan rəhmət diləyirəm. Biz Qarabağda antiterror tədbirlərinə başlayan Azərbaycanın yanındayıq. Ayağınıza daş dəyməsin”, - deyə İnce vurğulayıb.