İrəvanda Ermənistan hökumət binası yaxınlığında baş verən qarşıdurma zamanı 34 nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
“Hökumət binası yaxınlığında baş verən qarşıdurma nəticəsində, ilkin məlumatlara görə, 16-sı polis, 18-i mülki şəxs olmaqla 34 nəfər xəsarət alıb, onlardan 17-nə lazımi tibbi yardım göstərilib”, - məlumatda qeyd olunur.