21 sentyabr 2023 16:54
236

Hüquq-mühafizə və prokurorluq üzrə xərclər 2,5 faiz artırılır

Gələn il proqnozlaşdırılan hüquq-mühafizə və prokurorluq üzrə xərclər açıqlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Sənəddə qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 2 956,7 milyon manat (xüsusi çəkisi 8,1 faiz) ayrılması proqnozlaşdırılır.

Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsində hüquq-mühafizə və prokurorluq üzrə xərclər 2 833 592 456 manat proqnozlaşdırılıb. Beləliklə, gələn il üçün hüquq-mühafizə və prokurorluq üzrə xərclər 2,5 faizə qədər artırılır.

Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsi xərcləri 36355,0 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılır.