22 sentyabr 2023 08:32
178

Meksikada bir evdə 5 kişi meyiti tapılıb

Meksikanın Verakruz əyalətində bir evdə silahlı hücum nəticəsində həlak olan 5 nəfərin cəsədi tapılıb.

“İki sahil” xəbər verir ki, həmin meyitlər şəxsiyyətləri müəyyən edilməsi üçün Məhkəmə Tibb Mərkəzinə aparılıb.

Hadisə ilə bağlı təhqiqat başlansa da hücumun ilk olaraq qruplaşmalar arasında baş verən qarşıdurma nəticəsində baş verdiyi ehtimal edilir.