ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin noyabr müqaviləsinin dəyəri 0,61% artaraq, 1 barelə görə 93,87 dollar təşkil edib.
“İki sahil” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,77% artaraq, 90,32 dollar olub.