2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 377 milyon 361 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 241 milyon 559,7 min manat sığorta haqqı toplanılıb.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 33.4% və ya 94 milyon 573 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 14.5% və ya 30 milyon 660 min manat artıb.
Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 23.6% artaraq 194 milyon 491 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 26.5% artaraq 79 milyon 647 min manata bərabər olub.
Beləliklə, cari ilin yanvar-avqust aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 51.5 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin yanvar-avqust aylarında 55.6 manata bərabər olub. Bu ilin ilk 8 ayında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 33 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 29.8 manata bərabər idi.
Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!