22 sentyabr 2023 22:04
292

Rafiq Hüseynov ikiqat dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibi olub.

“İki sahil” xəbər verir ki, idmançı 82 kiloqram çəki dərəcəsində birinci olub.

İranlı rəqibi Əlirza Mohmadipianini 2:1 hesabı ilə məğlub edən R.Hüseynov karyerasında ikinci dəfə dünya çempionu tituluna sahib çıxıb.