24 sentyabr 2023 22:22
252

Mahir Emreli "Dinamo"da növbəti qolunu vurub

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda növbəti qolunu vurub.

“İki sahil” xəbər verir ki, 26 yaşlı hücumçu "Rudes"ə qarşı keçirdikləri çempionatın IX tur oyununda fərqlənib.

Emreli 38-ci dəqiqədə komandasının ikinci qoluna imza atın.

Qeyd edək ki, matçda ilk hissə başa çatıb və "Dinamo" 2:0 hesabı ilə öndədir.