25 sentyabr 2023 00:35
237

"Fənərbaxça" və "Beşiktaş"dan qələbə

Türkiyə Superliqasında 6-cı turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, sentyabrın 24-ü daha 4 matç keçirilib. "Fənərbaxça" səfərdə "Alanyaspor"un qonağı olub və 1:0 hesabı ilə qalib gəlib. İstanbul təmsilçisi ölkə çempionatında ardıcıl 5-ci qələbəsini qazanıb.

"Beşiktaş" isə doğma meydanda "Kayserispor"a 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Fənərbaxça" 15 xalla (5 oyun) 1-ci, "Qalatasaray" 13 xalla (5 oyun) 2-ci, "Rizespor" 11 xalla (6 oyun) 3-cüdür.

24 sentyabr

"Alanyaspor" - "Fənərbaxça" - 0:1
Qol: Kahveci, 43
Qırmızı vərəqə: Erdoğan, 60 ("Alanyaspor")

"Kasımpaşa" - "Adana Demirspor" - 2:1
Qollar: Kara, 25 (1:0),51-pen. (2:0), Erdoğan, 80-pen. (2:1)
Qırmızı vərəqələr: Özbir, 19, Stambouli, 45+87, Rodriqes, 90+ (hamısı "Adana Demirspor")

"Ankaragücü" - "Konyaspor" - 1:1
Qollar: Bayiç, 3 (1:0), Oğuz, 28 (1:1)

"Beşiktaş" - "Kayserispor" - 2:1
Qollar: Mane, 47 (0:1), Abubakar, 56 (1:1), Çemberlen, 62 (2:1)