La Liqanın 6-cı turunda Madrid derbisi reallaşıb.
“İki sahil” xəbər verir ki, "Atletiko" "Real"ı qəbul edib. Matç meydan sahiblərinini 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Atletiko" - "Real" - 3:1
Qollar: Morata, 4 (1:0), Qrizmann, 18 (2:0), Kroos, 35 (2:1), Morata, 46 (3:1)
Beləliklə, Karlo Ançelottinin komandası bu mövsüm ölkə çempionatında ilk dəfə xal itirib. "Real" 15 xalla (6 oyun) 5-ci, "Atletiko" 10 xalla (5 oyun) 5-cidir. Turnir cədvəlinə 16 xalla ( 6 oyun) "Barselona" liderlik edir.