25 sentyabr 2023 12:33
238

"Bayer"ə qalib gəlmək bacarığında olan komandamız var -  Romao

"Qrup mərhələsinə qələbə ilə başlamaq həmişə vacibdir. Bunun bizə qrupdakı mübarizədə mütləq köməyi olacaq".

“İki sahil” xəbər verir ki, bu sözləri "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Julio Romao ölkəsinin mətbuatına danışarkən deyib. 

"Qarabağ" qrup mərhələsinin ilk turunda Bakıda Norveç "Molde"sini 1:0 hesabı ilə məğlub edib. Eyni diqqətlə davam etməli olduqlarını deyən Romao "Terra"ya açqıalamasında Almaniyanın "Bayer" klubu ilə qarşıdan gələn oyunlar haqda da fikirlərini bildirib: "Bu, nəhəng klubdur, lakin biz evdə üç xalı qazanmaq üçün əlimizdən gələni edəcəyik. Buna nail olmaq üçün bacarıqlı və təcrübəli komandamız var. Avropa Liqası xüsusi yarışdır və hər bir idmançı meydanda olmaq istəyir".

Qeyd edək ki, "Qarabağ" qrupda növbəti oyununu oktaybrın 5-də səfərdə "Hekken"ə (İsveç), 3-cü turun matçını isə oktyabrın 26-da Almaniyada "Bayer"ə qarşı keçirəcək.