25 sentyabr 2023 14:41
218

Rais Rəsulzadə insult keçirib

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə insult keçirib.

“İki sahil” xəbər verir ki,  bu barədə sosial şəbəkədə məlumat yayılıb. 

R. Rəsulzadənin xəstəxanaya aparıldığı, hazırda müalicə olunduğu bildirilir.