26 sentyabr 2023 15:14
212

Ukrayna Silahlı Qüvvələri bu ay 17 mindən çox itki verib - Şoyqu

“Ukraynanın əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur”.

“İki sahil” xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu nazirliyin kollegiya iclasında deyib.

O bildirib ki, buna baxmayaraq, ABŞ və onun müttəfiqləri Ukraynanı dəstəkləməyə davam edir: “Ukrayna təlim keçməmiş, təcrübəsiz hərbçiləri döyüş meydanına atır. Qərbin bu cür hərəkətləri Ukraynanı məhvə doğru aparır”.

Nazir qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bu ay 17 mindən çox itki verib: “Biz Qərb istehsalı olan 3 tankı- 2 “Leopardı” və 1 “Chalanger”i məhv etmişik”.

S.Şoyqunun sözlərinə görə, Rusiyanın aktiv hərəkətləri davam edir: “Ukrayna Silahlı Qüvvələri isə bütün təmas xətti boyunca ciddi itkilər verir”.

Qeyd edək ki, ABŞ İnstitutu daha əvvəl döyüş meydanındakı durumun dəyişməsi üçün Prezident Vladimir Putinin Şoyquya 1 ay vaxt verdiyini bildirmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.