26 sentyabr 2023 15:21
200

ABŞ-Moldova birgə hərbi təlimləri Texasda keçirilib

ABŞ-Moldova birgə hərbi təlimləri Texasda keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimlər hərbi bölmələrin döyüş hazırlığının səviyyəsini yüksəltmək məqsədilə həyata keçirilib.

8-24 sentyabr tarixlərində Texas ştatındakı hərbi poliqonda Moldova və ABŞ ordusunun xüsusi təyinatlı “Sage Eagle” bölmələrinin birgə təlimləri nəticəsində bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsi yüksəldilib.