SOCAR-ın yanacaqla dolu daha 2 avtomobili Xankəndiyə yola düşüb.
“İki sahil” xəbər verir ki, yanacaqla dolu avtomobillər Xankəndiyə hərəkət edir.
***
SOCAR-ın yanacaqla dolu 2 avtomobili Xankəndiyə yola düşüb.
“İki sahil” xəbər verir ki, 34 ton dizel, 30 ton benzin Ağdam-Əsgəran-Xankəndi yolu ilə Qarabağın erməni sakinlərinə çatdırılacaq.
2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə dair xahişinə uyğun olaraq, sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 30 ton benzin, 34 ton dizel yola salınıb.
Qeyd edək ki, bundan öncə də Xankəndiyə SOCAR-ın maşınları ilə 64 ton yanacaq göndərilib.
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib