28 sentyabr 2023 09:57
202

Azərbaycan və Türkiyə arasında su qıtlığına qarşı həll yolları müzakirə edilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanı İbrahim Yımaklı və onu müşayət edən heyətlə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Məlumata görə, görüşdə su təhlükəsizliyi prioriteti istiqamətində işlər, su qıtlığına qarşı uzun müddətli stratejik həll yolları, sudan səmərəli istifadə istiqamətində maariflənmə, Türkiyə və Azərbaycan arasında effektiv təcrübə mübadiləsi və s. məsələlər müzakirə edilib.

Gələcəkdə bu istiqamətdə ikitərəfli əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı razılaşma əldə olunub.