29 sentyabr 2023 02:14
739

Saçların niyə vaxtından əvvəl ağarır?

"Rosiya" telekanalındakı "Ən vacibi haqqında" proqramında həkimlər stress və erkən ağaran saçların arasındakı əlaqədən danışıblar.

Erkən boz saçlar ağır psixo-emosional stress keçirmiş insanlarda görünür. Stressin boz saçlara təsirini sübut etmək üçün alimlər siçanları ağır şəraitdə yerləşdiriblər və nəticədə iki həftə qəfəsdə qaldıqdan sonra heyvanların tükləri bozlaşmağa başlayıb.

Bədənimizdə saçın rənglənməsində məsul olan piqment ifraz edən hüceyrələr var. Ancaq daimi stress canlı orqanizmə mənfi təsir göstərir. Bu zaman adrenalin, norepinefrin və kortizol kimi hormonlar ifraz olunur ki, bu da saçların erkən ağarmasına səbəb olur.

Uzun müddət davam edən streslə orqanizm dincəlmir, piqment ifraz edən hüceyrələr sıradan çıxır və buna görə də saç təbii rəngini itirir.

İnsanlarda iki qrup melanosit var. Birincisi, böyümə zamanı saçın piqmentasiyasına cavabdehdir, ikincisi isə ehtiyatdır. Təəssüf ki, ehtiyatımız məhduddur, ona görə də ciddi stress altında ehtiyat qrupu ölür. Mütəxəssislər daha az əsəbi olmağı məsləhət görürlər. Daimi psixoloji travma vəziyyətində piqmentli saçların uzanması ehtimalı da azalır.

Nubar Süleymanova, “İki sahil”