Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyası öz işinə başlayır.
Ali Məclisin Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, qurumun daxili nizamnaməsinin 1.5-ci maddəsinə əsasən, Ali Məclisin payız sessiyası oktyabrın 2-si saat 11:00-da öz işinə başlayacaq.
Ali Məclisin payız sessiyasının ilk iclasında 2023-cü il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, “Normativ-hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər, Ali Məclisin İntiazm Komissiyasının tərkibində dəyişikliklər və digər məsələrin müxzakirə edilməsi nəzərdə tutulur.
Sessiyanın iclasında Ali Məclisin deputatları və dövlət mətbuat orqanlarının nümayəndələri iştirak edəcək.
Diplomat Azərbaycanın regionda həyata keçirdiyi bərpa işlərinin sürətlə getdiyini bildirib
Azərbaycan və Türkiyənin diaspor qurumları aarsında növbəti Anlaşma Memorandumu imzalanıb