Azərbaycanlı tələbələr Özbəkistanda keçirilən XV Daşkənd Beynəlxalq Film Festivalının qalibi olub.
Mədəniyyət Nazirliyindən "İki sahil"ə verilən məlumta görə, tədbirə dünyanın 52 ölkəsindən, o cümlədən Azərbaycandan 500-dən çox kinemotoqrafçı, tanınmış aktyorlar, rejissor, operator, kino sahəsinin tanınmış simaları qatılıb.
Mədəniyyət Nazirliyinin rəsmi nümayəndələrinin də iştirak etdiyi "İpək Yolunun mirvarisi" Daşkənd Beynalxalq Film Festivalında ”5 günə film” qısametrajlı film beynəlxalq müsabiqəsi elan olunub.
Müsabiqədə Azərbaycanı Dövlət Mədəniyyət və İncəsənət Universitetinın tələbələri, rejissor Şirin Əhmədli, operator Yusif Qasımlı təmsil edib.
Müsabiqənin şərtlərinə uyğun olaraq beş gün ərzində “Yüz addım” qısametrajlı filmi çəkilib və birinci yerə layiq görülüb.
Müsabiqənin 3000 dollar məbləğındə əsas pul mükafatı gənc sənətçi-tələbələrə təqdim edilib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?