Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Türkiyə və Pakistana başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə DTX-nin feysbuk səhifəsində paylaşım edilib.
"Oktyabrın 1-də Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinə edilən terror hücumunu qətiyyətlə pisləyir, hadisə nəticəsində xəsarət alan polis əməkdaşlarına şəfa diləyir, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından qardaş Türkiyəyə öz dəstəyimizi ifadə edirik. Eyni zamanda Pakistanın Mastunq və Hanqu bölgələrində törədilən terror aktlarının səbəb olduğu çoxlu sayda insan tələfatına görə dərindən kədərləndiyimizi və Pakistan xalqı ilə həmrəy olduğumuzu bildirir, həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzu edirik", - paylaşımda qeyd olunub.
Belarus səfiri: “Böyük Qayıdış” Proqramının real və əyani şəkildə həyata keçirilməsini böyük heyranlıqla müşahidə edirəm
Belarus 2027-ci ildə Azərbaycanla birgə Qarabağda aqroşəhərcik tikintisini başlamağı planlaşdırır
Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər