Bakıda keçirilən "Ümumdünya Məskunlaşma Günü” ilə bağlı tədbir dünyada iqlim dəyişikliyinin, urbanizasiya problemlərinin həlli üçün platformadır.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Maimunah Mohd Şərif Bakıda keçirilən "Şəhərsalma Həftəsi 2023" forumu çərçivəsində jurnalistlərə deyib.
Onun sözlərinə görə, bugünkü tədbir ən yaxşı təcrübələri bölüşmək üçün platformadır: "Bu forum çərçivəsində biz şəhərlərin inkişafı, urbanizasiya sahəsində çağırışları, çətinlikləri müzakirə edirik".
M. Şərif qeyd edib ki, koronavirus pandemiyasından çıxmağa baxmayaraq hələ də onun təsiri qalıb: "Bununla yanaşı, dünyada qlobal iqlim dəyişikliyi məsələsi var. İyul ayı ən isti aylardan biri olub".
O, Azərbaycanda postpandemiyadan sonra gedən inkişaf prosesindən təsirləndiyini deyib: "Xüsusilə Azərbaycana təşəkkür edirəm ki, bu gün keçirilən "İkinci Şəhərsalma Həftəsi 2023" forumuna ev sahibliyi edir. Bu istiqamətdə "Dünya Məskunlaşma Günü" çərçivəsində müxtəlif qətnamələr əldə edilir. Əsas məqsəd hər bir ölkədə, şəhərdə aparılan tədbirlərin insanlara müsbət təsir etməsidir".
M. Şərif vurğulayıb ki, hər il oktyabrın 2-də dünyada "Şəhərsalma Həftəsi" keçirilir. Növbəti belə tədbir 2024-cü ildə Qahirədə keçiriləcək.
Belarus səfiri: “Böyük Qayıdış” Proqramının real və əyani şəkildə həyata keçirilməsini böyük heyranlıqla müşahidə edirəm
Belarus 2027-ci ildə Azərbaycanla birgə Qarabağda aqroşəhərcik tikintisini başlamağı planlaşdırır
Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər