04 oktyabr 2023 00:34
256

İran qaçqınları ölkədən qovur

Tehran hökuməti İranda yaşayan əfqanıstanlı qaçqınların geri qaytarılması üçün yeni plan hazırlayır.

“İki sahil” xəbər verir ki, bunu İranın Kabildakı səfirinin müavini Seyid Hüseyn Musəvi Taliban hökumətinin daxili işlər naziri Məhəmməd Nəbi Öməri ilə görüşündə deyib.

“Ölkədə 5 milyon Əfqanıstan vətəndaşı qaçqın kimi yaşayır. Onlar İran üçün ağır xərclərə səbəb olur”, - iranlı rəsmi bildirib.

O, qaçqınların geri qaytarılması üçün Taliban hökumətinin şərait yaratmasını istəyib.