04 oktyabr 2023 00:24
261

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin müavinləri İstanbulda görüşəcək

Sabah İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, məsləhətləşmələr zamanı Qazaxıstanın ev sahibliyi edəcəyi 10-cu TDT Sammitinə hazırlıq, təşkilatın gündəliyindəki əməkdaşlıq və onun gücləndirilməsi ilə bağlı məsələlər, Türk Dünyası ilə bağlı aktual regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılacaq.