04 oktyabr 2023 08:20
222

ABŞ-da universitetdə atışma olub

ABŞ-nin Merilend ştatının Baltimor şəhərindəki Morqan Dövlət Universitetində baş verən atışma nəticəsində azı 4 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “The Baltimore Banner” məlumat yayıb.

Tələbələr sosial şəbəkələrdə yataqxana otaqlarında gizləndiklərini yazıblar.

Polis hadisə yerinə cəlb olunub.