Şri-Lankanın Mərkəzi əyalətinin Kotmale şəhərində avtobusun aşması nəticəsində 15 nəfər ölüb.
Bu barədə “İki sahil” xarici KİV-ə istinadən xəbər verir.
Daha 20 nəfərin yaralandığı bildirilir.
Zərərçəkənlərin rayon xəstəxanalarına çatdırıldığı qeyd edilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Qəzanın səbəbləri araşdırılır.