Azərbaycan Respubliksı Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vəfatı ölkə ictimaiyyəti üçün itkidir.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, Azərbaycan ictimaiyyətinə ağır itki üz verib: “Görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, respublika dövlət mükafatları və Heydər Əliyev Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Bağı oğlu Yusifzadə 2023-cü il oktyabrın 3-də ömrünün 94-cü ilində vəfat edib”.
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib