Mədəniyyət Nazirliyi “Azərbaycan xalq çalğı alətləri” standartlaşdırma üzrə texniki komitə yaratmağa qərar verib.
“İki sahil” xəbər verir ki, texniki komitənin fəaliyyət istiqaməti xalq çalğı alətləri, musiqi alətləri, onların istehsalında istifadə olunan materiallar və akustika sahəsində dövlət standartlarının işlənib hazırlanması, müvafiq sahə üzrə beynəlxalq, dövlətlərarası, regional və xarici dövlətlərin standartlarının ölkə ərazisində tətbiqi üzrə rəy və təkliflərin bildirilməsindən ibarət olacaq.
Qurum standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması məqsədi ilə maraqlı tərəflərin iştirakı ilə yaradılacaq və ictimai əsaslarla fəaliyyət göstərəcək.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?