Bu il üçün nəzərdə tutulan qazlaşdırma işləri çərçivəsində 92 kənd və yeni yaşayış massivində daşıyıcı və paylayıcı küçə xətlərin çəkilməsi qismən başa çatıb.
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində bildirib.
Onun sözlərinə görə, daha 50-ə yaxın kənd və yeni yaşayış massivində qazlaşdırma işlərinə start veriləcək.
Teymur Cəfərov onu da əlavə edib ki, hazırda respublika üzrə qazlaşdırma səviyyəsi 96,4% təşkil edir.
“Gələn ildə də ölkədə qazlaşma işlərinin davam etdirilməsi nəzərdə tutulub, hazırda növbəti il üçün kapital qoyuluşu proqramı formalaşır”, - şöbə müdiri əlavə edib.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb