“Türkdilli xalqlar arasında dil sahəsindəki anlaşılmazlığın həlli kino sahəsindən keçir”.
“İki sahil” xəbər verir ki, bunu TÜRKSOY-un baş katibinin köməkçisi Sayit Yusuf III “Korkut Ata” Türk Dünyası Film Festivalındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, türklər öz aralarında ortaq dillə anlaşmalıdır: “Bu problem də təbii ki, kino sahəsi ilə aradan qaldırıla bilər. Türkdilli xalqların nümayəndələrinin bir-birilə söhbəti zamanı yaranan anlaşılmazlıq qəbuledilməzdir”.
“Türk mədəniyyətini dünyaya tanıtmaq istəyiriksə, onda film sahəsindəki əməkdaşlığımızı daha da genişləndirməliyik. Bu baxımdan III “Korkut Ata” Türk Dünyası Film Festivalı xüsusi önəm kəsb edir”, - S.Yusuf vurğulayıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?