09 oktyabr 2023 08:53
271

Zərdabda yol qəzası nəticəsində avtomobil yanıb

Zərdab rayonunun Şahhüseynli kəndində "Niva" markalı minik avtomobilinin idarəetməni itirməsi nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.