“Fantaziya” səyyar sirki oktyabrın 21-də Bakıda, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda çıxış edəcək.
“İki sahil” xəbər verir ki, proqram çərçivəsində Ukrayna, Moldova, Rusiya və Özbəkistandan olan sirk ustalarının çıxışları baş tutacaq. 90 dəqiqəlik proqramda akrobatların, gimnastların, təlxək və janqlyorların çıxışı, mono velosiped və sərbəst pilləkəndə müxtəlif hərəkətlər yer alacaq.
Ziyarətçilər tamaşaya baxmaqla yanaşı, qoruq ərazisində piknik də təşkil edə biləcəklər.
Qeyd edək ki, “Fantaziya” səyyar sirki bundan sonra da mütəmadi olaraq tamaşaçılar qarşısında müxtəlif proqramlarla çıxış edəcək.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?