Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Himayədar" çoxseriyalı filmi gələn il təhvil veriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə III "Korkut Ata" Film Festivalı ilə əlaqədar keçirilən zirvə görüşündə məlumat verilib.
Qeyd olunub ki, 120 çəkiliş gününün artıq 85-i çəkilən filmin ümumilikdə 8 seriyadan ibarət olacağı nəzərdə tutulub. Hər seriya 1 saat davam edəcək. Sözügedən layihədə 1600 nəfərlik heyət çalışır.
Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilir.
Tədbirdə həmçinin "Hadrut, sən azadsan" filminin də çəkilişlərinin artıq yekunlaşdığı və gələn ay təhvil veriləcəyi qeyd edilib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?