Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) indiki rəhbərliyi qurumun öz standartlarının hazırlanmasını qarşıya məqsəd qoyub.
“İki sahil” xəbər verir ki, bunu Bakıda Ümumdünya Standartlar Günü ilə əlaqədar keçirilən tədbirdə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov bildirib.
"SOCAR kifayət qədər inkişaf etmiş strukturdur, Azərbaycan iqtisadiyyatının dayaqlarından biridir, yeni idarəetmə məktəbidir. SOCAR-da xüsusi standartların tətbiq edilməsi çox vacib məsələdir. Öz standartlarımız olarsa, bu, bizim üçün faydalı olar", - deyə o, əlavə edib.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb