Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 106,7 milyon manat təşkil edib.
"İki sahil" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 % çoxdur.
9 aylıq daxilolmalarının 31,5 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 16,2 % çoxdur.
Hesabat dövründə muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar 16,2 % artaraq 2,8 milyon manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 4 % artaraq 17,8 milyon manat olub.
Layihənin qəbulu dövlət dəstəyini daha ünvanlı və şəffaf edəcək - Məcnun Məmmədov
Dövlət satınalmalarının vahid internet portalında süni intellekt əsaslı yeni funksiya tətbiq edilib