Energetika Nazirliyi tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Texniki Əməliyyatlar Departamentinin təşkilatçılığı ilə “Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddinin müəyyən edilməsi” mövzusunda görüş keçirilib.
Bu barədə "İki sahil"ə AERA-dan məlumat verilib.
Görüşdə “Elektroenergetika haqqında” qanunun tətbiqi ilə aparılacaq mərhələli islahatlar barədə ətraflı məlumat verilib və enerji sahəsində dövlət tənzimlənməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.
Bu qanun elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb