Bu gün Qaradağ, Binəqədi və Abşeron rayonlarının qaz təchizatında fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyalarında separatorun demontaj olunması, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar sentyabrın 13-də saat 09:30-dan işlər başa çatanadək “Pirəkeşkül QPS qolu” yüksək təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri aparılan müddətdə Qaradağ rayonunun Qaçqınlar şəhərciyi və Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonunun 28 May qəsəbəsinin, Abşeron rayonunun Çaylı-Qobustan yaşayış massivinin, həmçinin Abşeron rayonu ərazisində fəaliyyət göstərən bir neçə sənaye müəssisəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib